Simsar.az | bizi özünüzə Simsar bilin
Müxalifətdən aksiyaları davam etdirmək istəyi

İctimai Palata hələ qərar verməyib

Bu gün İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) iclası keçirilib. Bu barədə APA-ya KŞ üzvü Aqil Səmədbəyli məlumat verib.

İclasda qərarların icrası məsələsinə baxılıb. Həmçinin, aprelin 23-də keçirilməsi planlaşdırılan dəyirmi masa və aprelin 29-da keçiriləcək İP-nin sessiyası ilə bağlı müzakirələr aparılıb.

İclasda dünyada və Azərbaycanda gedən ictimai-siyasi durum da müzakirə olunub.

AMİP-in İP-dən çıxması məsələsinin müzakirə olunmadığı iclasda kütləvi aksiyaların keçirilməsi məsələsinə toxunulub və aksiyaların davam etdirilməsinin zəruriliyi vurğulanıb. Növbəti aksiyanın keçirilməsi məsələsinin İP-nin aprelin 29-da keçiriləcək sessiyasında müzakirə olunacağı qeyd edilib.

22 Aprel, 2011  00:07 Baxılıb: 1158

Bu bölmədə