Simsar.az | bizi özünüzə Simsar bilin
Metyu Brayza Naxçıvanda

Səfir  bakıdan kənara ilk dəfədir çıxır

Azərbaycandakı səfiri Metyu Brayzanın Naxçıvan Muxtar Respublikasına iki günlük səfəri bu gün başa çatıb. Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində səfir rəsmilərlə və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb, həmçinin ABŞ-ın Energetika Departamenti tərəfindən maliyyələşən layihənin əhatə etdiyi sərhəd keçid məntəqəsində inkişafı nəzərdən keçirmək üçün Sədərəkə gedib.

“Naxçıvan müasir Azərbaycanda çox mühüm rol oynayır. Ali Məclisin sədri Talıbov, Naxçıvan Dövlət Universitetinin rektoru Həbibbəyli və vətəndaş cəmiyyətinin nümayəndələri ilə fikir mübadiləsi aparmaq, o cümlədən Muxtar Respublikanın qədim tarixi barədə daha dərin biliklər əldə etmək çox faydalı oldu. Biz naxçıvanlılarla, arxeologiya da daxil olmaqla bir sıra məsələlər, sərhəd təhlükəsizliyi, demokratiyanın gücləndirilməsi və təhsillə bağlı layihələrdə əməkdaşlıq edirik və bu əməkdaşlığı genişləndirməyi düşünürük”, - deyə səfir qeyd edib.

Məlumatda bildirilib ki, bu, Brayzanın səfir kimi Bakıdan kənara ilk rəsmi səfəridir. Səfir
Qafqazın bir çox mədəni sərvətlərin, bu gözəl bölgəyə məxsus müxtəlif etiqadların, ənənə və dəyərlərin məskəni olduğunu deyib: “Mən, Tbilisidə erməni kilsələri, həmçinin Şuşa və Ağdamda Azərbaycan məscidlərinin qorunmasında fəal iştirak etmişəm. Bu mədəni və dini abidələrin qorunması böyük bəşəri əhəmiyyət daşıyır, bu isə öz növbəsində bütün siyasi, mədəni və dini fərqlərin fövqündədir”.

21 Aprel, 2011  23:50 Baxılıb: 1146

Bu bölmədə