Simsar.az | bizi özünüzə Simsar bilin
Dövlət Dəstəyi Şura QHT -ləri maarifləndirir

Layihələrin idarə olunması və hesabatların tərtib edilməsində problemler var

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ildə maliyyələşdirdiyi layihələrin həyata keçirilməsinin effektivliyinin artırılması üçün layihə rəhbərləri və mühasibləri üçün layihələrin idarə olunması və hesabatların təqdim edilməsi mövzularında məlumatlandırma sessiyalarına başlayıb. 

Şuranın mətbuat xidmətindən Simsar.az -a daxil olan məlumata görə, sessiyada çıxış edən Şuranın icraçı direktoru Fərasət Qurbanov və katibliyin əməkdaşı Etibar Kərimov layihənin idarə olunması prosedurları ilə bağlı Azərbaycanın ərazi bütövlüyünün bərpası və erməni təcavüzündən zərər çəkənlərin hüquqlarının beynəlxalq səviyyədə qorunması təşəbbüsləri istiqamətində maliyyələşdirilən 17 layihə rəhbəri və mühasibləri qarşısında təlimatlar verib, layihənin icrası üçün vacib olan bir sıra məqamları vurğulayıblar.

Şuranın baş mühasibi Tofiq Həsənov sessiya iştirakçılarını QHT-də mühasibat uçotunun təşkili və Milli Mühasibat Uçotu Standartlarının tələbləri haqda məlumatlandırıb. Görülən işlər haqqında aralıq və yekun hesabatların tərtibi, eləcə də QHT-lərin Maliyyə Nazirliyinə təqdim etdiyi illik hesabatlar haqqında geniş fikir mübadiləsi aparılıb.

Analoji məlumatlandırma sessiyaları Şuradan maliyyələşdirilən regional QHT layihələrinin rəhbərləri və mühasibləri üçün Şirvan və Gəncə şəhərlərində də keçirilib. Şura əməkdaşları Mirzə Zahidov, Emin Məmmədov, Həsən Səmədov və Şahin Məhərrəmov sessiya iştirakçılarını layihələrin idarə olunması və hesabatların tərtib edilməsilə bağlı təlimatlandırıb.

21 Aprel, 2011  23:21 Baxılıb: 1260

Bu bölmədə