Simsar.az | bizi özünüzə Simsar bilin
Əli Kərimli xarici dəstəyi etiraf etdi

AXCP sədri: “Dəstək liderlərə ünvanlanmayıb”

AXCP sədri Əli Kərimli AzadlıqRadiosuna müsahibəsində müxalifəti dəstəkləyən xarici qüvvələr haqda danışıb. AXCP sədri bildirib ki, xarici dəstək Azərbaycan insanınadır: “Bunu hansısa bir liderə verilmiş dəstək kimi qəbul etmirəm mən. Baxmayaraq ki, hökumət belə təqdim edir. Amma mən bunu Azərbaycan vətəndaşına verilən haqlı dəstək kimi, hüquqi əsası olan dəstək kimi qiymətləndirirəm. Hansı beynəlxalq təşkilatlardan söhbət gedir? Hansı qeyri-müəyyən qara qüvvələrdən gedir söhbət? Yəqin ki, Azərbaycan hökuməti üçün ilk sırada Avropa Birliyidir. Avropa Birliyi artıq Azərbaycanla bağlı bəyanatların səviyyəsini bir az da qaldırıb. Bu sırada ATƏT-dir. ATƏT demək olar ki, Azərbaycanda gedən prosesləri dəqiq müşahidə edir və prosesə adekvat reaksiya verir. Bu sırada dünyanın ən böyük dövləti olan ABŞ-dır. Dövlət Departamenti, buradakı səfirlik münasibətini ifadə edir. Xaricdən gələn reaksiyalar Azərbaycan vətəndaşına verilən haqlı dəstəkdir”.

Ruslan

21 Aprel, 2011  23:18 Baxılıb: 1281

Bu bölmədə