Simsar.az | bizi özünüzə Simsar bilin
Ombudsmanın qonağı var

Avropa Şurasının (AŞ) Media bölümü üzrə proqram məsləhətçisi 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Avropa Şurasının (AŞ) Media bölümü üzrə proqram məsləhətçisi Leyla Dervisagici qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ombudsman qeyd edib ki, Avropa Şurasının bərabərhüquqlu üzvü olan və Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya edən Azərbaycan insan hüquqlarının təmini sahəsində öz üzərinə bir sıra öhdəliklər götürmüş və bu öhdəlikləri uğurla yerinə yetirməkdədir. 
L. Dervisagic Azərbaycan Ombudsmanı ilə görüşün mühüm əhəmiyyət kəsb etdiyini, insan hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olan bu təsisatın AŞ üçün önəmli tərəfdaş olduğunu diqqətə çatdırıb. E. Süleymanova bugünlərdə Vyana şəhərində ATƏT-in Əlavə İnsan Ölçüsü üzrə görüşündə iştirakı ilə bağlı məlumat verib.
Müvəkkil bu il Azərbaycanın AŞ-a üzv qəbul edilməsinin 10 illiyinin tamam olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Ombudsman təsisatının əməkdaşları üçün ikigünlük treninq-seminarın keçirilməsi qərara alınıb. AŞ-ın dəstəyi ilə keçiriləcək bu seminarda Müvəkkilə “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulmuş tələblərə nəzarətin həyata keçirilməsi üzrə verilən səlahiyyətlər, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun xüsusiyyətləri, informasiya daşıyıcıları olan dövlət qurumları ilə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

21 Aprel, 2011  22:02 Baxılıb: 1163

Bu bölmədə