Simsar.az | bizi özünüzə Simsar bilin
Rövnəq Abdullayev Ağdamda

Nazir müxtəlif təbəqə təmçiləri ilə görüşdü

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Ağdam rayonuna səfər edib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, R.Abdullayev Ağdam rayonu ərazisində yerləşən Soltanpud təpəsinin üzərində inşa olunmuş Bayraq Meydanı ilə tanış olub, Dövlət Bayrağının qaldırılması prosesində iştirak edib.

Daha sonra Ağdam Olimpiya İdman Mərkəzində olan ARDNŞ-ın, eyni zamanda AFFA-nın prezidenti olan R.Abdullayev yerli futbolsevərlərlə görüşüb. O bildirib ki, yaxın vaxtlarda Ağdamda Uşaq Futbol Məktəbi fəaliyyətə başlayacaq, bunun da sayəsində ölkənin futbol klubları üçün peşəkar futbolçuların yetişdirilməsinə nail olunacaq. Ağdamın «Qarabağ» futbol klubunun ev görüşlərinin Ağdamda keçirməməsinə dair sualı cavablandıran AFFA rəhbəri deyib ki, rəhbərlik etdiyi qurumun bu istiqamətdə kluba təsir etmək imkanı yoxdur: «Amma «Qarabağ»ın oyunlarının doğma Ağdamda təşkili üçün səylər var. Ümid etmək olar ki, Ağdam klubunun oyunlarının burada keçirilməsi yaxın gələcəkdə reallaşacaq».

Ağdam Qaz İstismar İdarəsinin yeni inzibati binasının açılışına qatılan ARDNŞ rəhbəri deyib ki, prezident İlham Əliyevin göstərişinə əsasən Ağdamın işğal olunmamış yaşayış məntəqələrinin qısa müddət ərzində qazlaşdırılması üçün işlər aparılır. Artıq Ağdamda bir neçə kənd və qəsəbənin mavi yanacaqdan istifadə etdiyini vurğulayan R.Abdullayev yaxın gələcəkdə daha 7 kəndin qazlaşdırılması işinin yekunlaşacağını və həmin yaşayış məntəqələrinin təbii qazla təmin olunacağını bildirib.

ARDNŞ prezidenti Ağdam rayonuna səfəri çərçivəsində rayonun Hacıməmmədli kəndinə mavi yanacağın verilməsi münasibətilə təşkil olunmuş açılış mərasimində də iştirak edib.

21 Aprel, 2011  20:52 Baxılıb: 1271

Bu bölmədə