Simsar.az | bizi özünüzə Simsar bilin
“Ded Xasan” Ermənistana gəlir

Kriminal aləmin adamları toplaşır

Yeni “qanuni oğru”nun tacqoyma mərasimi keçiriləcək

Yaxın vaxtlarda məşhur “qanuni oğru”lar Ermənistana gələcəklər. Simsar.az-ın “Aravot” qəzetinə istinadən verdiyi məlumata görə, onların arasında “Ded Xasan” ləqəbli Aslan Usoyan da var. 

Qanuni oğruların İrəvanda keçiriləcək toplantısında yeni “qanuni oğru”ya tac qoyulması məsələsi müzakirə olunacaq. Qəzetin əldə etdiyi məlumata görə, tac qoyulması gözlənilən yeni “qanuni oğru” az əvvəl öldürülən “qanuni oğru” Armen Kanevski ilə yaxın münasibətdə olmuş Alik Banduryandır.

21 Aprel, 2011  20:23 Baxılıb: 1216

Bu bölmədə