Simsar.az | bizi özünüzə Simsar bilin
Jurnalistlərə "qırmız qapılar" açıldı

Media arasında informasiya qapalılığı sindromu aradan qalxacağ

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və “Kaspi” qəzetinin rəhbəri Sona Vəliyeva “Müstəqillik dövründə Azərbaycan ailəsinin keçdiyi inkişaf yolu” adlı dəyirmi masa təşkil ediblər.

Simsar.az-ın məlumatına görə, S.Vəliyeva bildirib ki, tədbir “Kaspi” qəzetinin 130 illiyi ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində keçirilir. Silsilə tədbirlərdə məmurlarla media nümayəndələrinin bu il mütəmadi görüşünün təşkil olunacağını deyən S.Vəliyeva qeyd edib ki, bu tədbirlər dövlət qurumları ilə media arasında informasiya qapalılığı sindromun aradan qalxacağına gətirib çıxaracaq. 


“Layihənin əsas məqsədi nazirliklərin, dövlət komitələrinin və digər strukturların işinin media qarşısında təhlil edilməsi, araşdırılmasıdır. İlk qonaq kimi də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova dəvət olunub” – deyə, S.Vəliyeva bildirib.

Tədbirdə S.Vəliyeva əvvəlcə ailənin Azərbaycan cəmiyyətində tutduğu mövqedən danışıb. O, qadının, ailənin cəmiyyətdə rolunu yüksək dəyərləndirib və ölkə rəhbərliyinin ailə, qadın və uşaqlara göstərdiyi diqqət, qayğı və dəstəkdən söhbət açıb. Komitə sədri Hicran Hüseynova da ölkədə bu problemlərlə bağlı dövlətin xüsusi siyasət yeritdiyini qeyd edib: “Dövlət bu məsələlərə xüsusi diqqət ayırır. Bu problemlər dövlət siyasəti səviyyəsinə qədər qaldırılır. Komitəmiz SİDO və Uşaq Hüquqlarını Müdafiə Konvensiyasına qoşulduğundan hər 4 ildən bir hesabat hazırlayır. Bu hesabatlar Avropa Şurasında analiz edilir və yüksək qiymətləndirilir”.

21 Aprel, 2011  20:19 Baxılıb: 1217

Bu bölmədə