Simsar.az | bizi özünüzə Simsar bilin
Ukrayna prezidenti Azərbaycana gəlir

Ukrayna baş nazirinin müavini Andrey Klyuyev bildirib

Ukrayna prezidenti Viktor Yanukoviç gələn həftə Azərbaycana rəsmi səfərə gələcək.

APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Ukrayna baş nazirinin müavini Andrey Klyuyev bildirib. Buraya Azərbaycan-Ukrayna hökumətlərarası komissiyanın iclasında iştirak etmək üçün gəldiyini deyən A. Klyuyev, həmçinin səfərinin Ukrayna prezidentinin Azərbaycana gələn həftə gözlənilən səfərinə hazırlıq məqsədi daşıdığını deyib.

21 Aprel, 2011  18:52 Baxılıb: 1123

Bu bölmədə