Simsar.az | bizi özünüzə Simsar bilin
BP AZƏRBAYCANLI İŞÇİLƏRİ İNCİDİR

 

Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev xarici neft şirkətini suçladı

 

 

Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə işçilərin həmkarlar təşkilatlarının yaradılması sahəsində ciddi problemlər var.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev ölkədə fəaliyyət göstərən xarici şirkətlərin qanunları pozduğunu deyib. Simsar.az -ın əməkdaşı konfederasiyada bu gün keçirilən tədbirdən xəbər verir ki, S. Mehbalıyev çıxışında  xarici şirkətlərdə çalışan azərbaycanlıların həmkarlar təşkilatları yaratmaq istəyinə diqqət çəkib: "Bp şirkətindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına çoxlu sayda işçi müraciət edərək, həmkarlar təşkilatı yarada bilmədiklərini deyirlər. Onlar həmkərlar təşkilatı yaratmaq istəyəndə işdən azad edilirlər. Mən işçiləri öz hüquqlarını qorumağa çağırıram. Hazırda bp şirkəti ilə danışıqlar aparırıq".

 

Anar

 

 

21 Aprel, 2011  17:02 Baxılıb: 1488

Bu bölmədə