Simsar.az | bizi özünüzə Simsar bilin
Sabah üç nazir Moskvada

Təkrar mövzu:  Qarabağ problemi

Sabah Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək 

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Edvard Nalbandyanın növbəti görüşünün yeri və vaxtı açıqlanıb.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov APA-ya bildirib ki, görüş sabah Moskvada keçiriləcək.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Bakıda jurnalistlərə verdiyi açıqlamasında xarici işlər nazirlərinin aprelin sonlarında, Azərbaycan və Ermənistan prezidentlərinin isə yay aylarında görüşəcəklərini bildirmişdi.

21 Aprel, 2011  16:24 Baxılıb: 1090

Bu bölmədə