Simsar.az | bizi özünüzə Simsar bilin
Dövlət qulluqçularının sayı artdı

Park və qoruqların işçilərinə status verildi

Azərbaycan Prezidenti İlham Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan bəzi qurumlarla bağlı tədbirlər haqqında Sərəncam imzalayıb, məlumatı dövlət başçısının rəsmi saytı yayıb.

Nazirlər Kabinetinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin meşə mühafizəsi və bərpası müəssisələrinin və Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin milli parklarının, dövlət təbiət qoruqlarının və dövlət təbiət yasaqlıqlarının işçilərinə dövlət qulluqçusu statusunun verilməsi üçün qanunvericiliyə müvafiq dəyişikliklər edilməsi barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

21 Aprel, 2011  04:42 Baxılıb: 1211

Bu bölmədə