Simsar.az | bizi özünüzə Simsar bilin
Məhkəmədə hakim səhv etdi, hökmü verildi

Qubadəli Əli oğlu Rzayev qanunları kobudcasına pozub

Azərbaycan Prezidenti İlham Əliyev İmişli Rayon Məhkəməsinin hakimi Q.Ə.Rzayevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. 
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü və 114-cü maddələrini rəhbər tutaraq qərara alıram:
İşlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə İmişli Rayon Məhkəməsinin hakimi Qubadəli Əli oğlu Rzayevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin".

21 Aprel, 2011  04:35 Baxılıb: 1171

Bu bölmədə