Simsar.az | bizi özünüzə Simsar bilin
Şvartsnegger Avropa Birliyinin prezidenti ola bilər

Aktyorun məsləhətçisi bunu istisna etməyib

Az əvvəl ABŞ-ın Kaliforniya ştatının qubernatoru postunu tərk etmiş 63 yaşlı məşhur aktyor Arnold Şvartsnegger Avropa Birliyinin növbəti prezidenti ola bilər. Simsar.az-ın “ABC News” telekanalına istinadən verdiyi məlumata görə, bunu aktyorun məsləhətçisi Terri Tamminen söyləyib. 

Terri Tamminen Arnold Şvartsnegger kinoya qayıdacağını, eyni zamanda Avropa Birliyinin prezidenti postuna namizədliyini irəli sürəcəyini istisna etmir: “Arnold Şvartsnegger hələ fikirləşir. Bir neçə il sonra Avropaya onu birləşdirməyi bacaracaq lider lazım olacaq. Fransızlar bu postda almanları, almanlar italyanları görmək istəmirlər. Ancaq Avropada doğulub, Amerikaya gələn şəxs niyə birləşmiş Avropanın yeni Vaşinqtonu, yaxud Cefforsonu niyə olmasın?”

Qeyd edək ki, hazırda Arnold Şvartsnegger xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur, kitab yazır.

20 Aprel, 2011  22:42 Baxılıb: 1172

Bu bölmədə