Simsar.az | bizi özünüzə Simsar bilin
Qəddafi razıdır

Diktatorun şərt var

Liviya lideri referendum yolu ilə hakimiyyətdən getməyə hazırdır

Əgər Qərb dövlətlərinin Hərbi Hava Qüvvələri Liviyanın bombalanmasını dayandırsa, Liviya lideri Müəmmər Qəddafi ölkədə özünün də taleyinə aydınlıq gətirəcək seçkilərin keçirilməsinə razıdır.

Simsar.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, bunu Liviyanın xarici işlər naziri Abdulla Ati əl-Obeydi söyləyib. Abdulla Ati əl-Obeydi deyib ki, əgər bombalanma dayansa, yaxın 6 ay ərzində BMT müşahidəçilərinin iştirakı ilə ümummilli seçkilər keçirmək mümkündür. Qiyamçıların hakimiyyətdən uzaqlaşdırılmasına çalışdıqları Müəmmər Qəddafiyə gəlincə, Abdulla Ati əl-Obeydi bildirib ki, hazırkı dövlət başçısının postunda qalması, yaxud getməsini müəyyənləşdirmək üçün müzakirələr aparmaq, yaxud referendum keçirmək mümkündür. Onun sözlərinə görə, yeni hökumətdə Müəmmər Qəddafinin tutacağı post da müzakirə edilə bilər.

20 Aprel, 2011  22:11 Baxılıb: 1638

Bu bölmədə