Simsar.az | bizi özünüzə Simsar bilin
Kəmaləddin Heydərov litvalı nazirlə görüşdü

Qonaq  FHN-in strukturuna daxil olan bir sıra qurumların fəaliyyəti ilə tanış olacaq

Azərbaycanda rəsmi səfərdə olan Litvanın daxili işlər naziri Raymundas Palaitisin rəhbərlik etdiyi nümayəndə heyətini fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov qəbul edib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) internet səhifəsinə istinadən verdiyi xəbərə görə, görüş zamanı nazir Kəmaləddin Heydərov nazirlik və onun tabeliyində olan qurumlar və onların fəaliyyəti haqqında ümumi məlumat verib. Həmçinin, nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə qonağı məlumatlandırıb. Litvalı nazir, öz növbəsində, Azərbaycanla Litvanın fövqəladə halların idarə edilməsi sahəsində aidiyyəti qurumlarının əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Bununla yanaşı, səfər proqramına uyğun olaraq, qonağın FHN-in strukturuna daxil olan bir sıra qurumların fəaliyyəti ilə tanışlıq planlaşdırılır.

20 Aprel, 2011  21:46 Baxılıb: 1701

Bu bölmədə