Simsar.az | bizi özünüzə Simsar bilin
Türklər və azərbaycanlılar Obamadan tələb edir

“Prezident Obama, “soyqırımı” sözünü işlətməyin” 

ABŞ-dakı Azərbaycan və türk diaspor təşkilatları növbəti kampaniyaya start veriblər.

APA-nın Vaşinqton müxbirinin məlumatına görə, onlar prezident Obama və Ağ Evə yüzlərlə məktub göndərərək ABŞ administrasiyasını 1915-ci il 24 aprel hadisələrindən danışarkən “soyqırımı” sözünü işlətməməyə çağırıblar.

“Prezident Obama, “soyqırımı” sözünü işlətməyin” adlı kampaniyaya yüzlərlə türk, azərbaycanlı və onların dostları qoşulub. 

“Biz prezident Obamadan 24 aprel çıxışında “soyqırımı” sözünü və ya onun ermənicə ekvivalenti olan "Mets Yeghern" ifadəsini işlətməməyi xahiş edirik. Bir çox digər faciə və qətliyamlardan fərqli olaraq, “erməni soyqırımı” iddiaları ABŞ federal məhkəmələri tərəfindən inkar edilir, BMT məhkəmələri tərəfindən qəbul olunmur”.

Məktubda bildirilir ki, tarixin bu faciəli dövründə yüz minlərlə türk və digər müsəlmanlar erməni hərbçiləri tərəfindən vəhşicəsinə qətlə yetiriliblər: “Həqiqətən də, Osmanlı arxivlərinə görə, 1910-1922-ci illərdə 523 min türk erməni hərbçiləri tərəfindən qətlə yetirilib. Təəssüf ki, türklərin qətliyamı, türk və regiondakı digər müsəlmanların əzabı heç bir bəyanatda qeyd olunmur. Sayı bir milyona yaxın olan Amerikadakı türklər ümid edirlər ki, onların əcdadlarının əzablarına qarşı bu cür birtərəfli münasibət dəyişəcək”.

20 Aprel, 2011  21:41 Baxılıb: 1100

Bu bölmədə