Simsar.az | bizi özünüzə Simsar bilin
Eldar Mahmudovun Bolqarıstanlı həmkarı Bakıda

Qonağı Milli təhlükəsizlik naziri dəvət edib

Milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudovun dəvəti ilə Bolqarıstanın Milli Kəşfiyyat Xidmətinin direktoru general-leytenant Kirço Kirov Azərbaycanda rəsmi səfərdə olub. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, bolqarıstanlı qonaqlar və general-leytenant Eldar Mahmudov başda olmaqla MTN-in rəhbər heyəti Fəxri Xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanını ziyarət ediblər.
E. Mahmudov həmkarı Kirço Kirovu qəbul edib. Nazir bu səfərin hər iki ölkənin müvafiq strukturları arasında əməkdaşlığın daha da inkişaf etməsinə öz töhfəsini verəcəyini bildirib.
Görüşdə tərəflər arasında transmilli mütəşəkkil cinayətkarlıq, o cümlədən terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə, miqrasiya prosesləri və bundan irəli gələn məsələlər müzakirə olunub, enerji təhlükəsizliyi ilə bağlı qarşılıqlı təcrübə və informasiya mübadiləsinin əhəmiyyəti qeyd edilib, Azərbaycan və Bolqarıstan xüsusi xidmət orqanları arasında ümumən maraq doğuran bütün bu sahələr üzrə məlumatlandırma və ekspert görüşlərinin intensivləşdirilməsinin vacibliyi vurğulanıb.

20 Aprel, 2011  20:32 Baxılıb: 1120

Bu bölmədə