Simsar.az | bizi özünüzə Simsar bilin
Avropa Məhkəməsi Azərbaycana 334 min avro təzminat ödətdirib

Avropa İnsan Haqları Məhkəməsi hesabat yayıb

Simsar.az -ın məlumatına görə, hesabatda bildirilir ki, AİHM qərarlarının icrasına nəzarətlə bağlı AŞ Nazirlər Komitəsinə müraciətlərin sayı artıb. 2010-cu ildə Nazirlər Komitəsinə 1710 belə halla bağlı müraciət daxil olub, bu işlərdən 455-nə xitam verilib. Ümumilikdə ötən il AİHM qərarları ilə hökumətlər 64 milyon avro təzminat ödəyiblər. Azərbaycan hökuməti ötən il 12 iş üzrə 334602 avro təzminat ödəyib. 

2010-cu il dekabrın 31-nə olan məlumata görə, Nazirlər Komitəsində Azərbaycanla bağlı 31 iş var, ötən il 15 iş üzrə baxış yekunlaşdırılıb. Avropa İnsan Haqları Məhkəməsinin Eynulla Fətullayevin işi və “Mahmudov və Ağazadə Azərbaycana qarşı” işi üzrə qərarının icrası ilə bağlı iş də Nazirlər Komitəsindədir.

Avropa Şurası Nazirlər Komitəsi Eynulla Fətullayevin işi ilə bağlı bir daha bəyan edib ki, Azərbaycanın səlahiyyətli qurumları onun həbsdən azad edilməsinə dair bütün mümkün imkanları araşdırmalı, zəruri halda azadlıqdan məhrumetmə cəzasını nativ cəza ilə əvəzləməlidir.

20 Aprel, 2011  19:55 Baxılıb: 1101

Bu bölmədə