Simsar.az | bizi özünüzə Simsar bilin
Müdafiə Nazirliyi ABŞ rəsmisinin açıqlamasına şərh vermədi

Təlimlərin təxirə salınması səbəbi yenə qaranlıq qaldı 

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu Simsar.az-a bilidirib ki, “Regional cavab-2011” adı altında ABŞ - Azərbaycan birgə hərbi təliminin təxirə düşməsinin səbəbi barədə tam məlumatı olmadığı üçün hər hansı şərh vermək istəmir. 

“Bu hal Azərbaycan - ABŞ hərbi əməkdaşlığına hər hansı təsir edə bilərmi” sualına nazirlik sözçüsü belə cavab verib: “Mən inanmıram ki, belə bir hadisə baş versin. ABŞ-Azərbaycan hərbi əməkdaşlığı bundan sonra da davam edəcək”.

“Regional cavab-2011” adı altında ABŞ - Azərbaycan birgə hərbi təlimi 15-25 may tarixində keçirməli idi.

Simsar.az -ın məlumatına görə, ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Terri Devidson jurnalistlərə açıqlamasında  ABŞ-Azərbaycan birgə təlimlərinin Azərbaycan Müdafiə Nazirliyi tərəfindən təxirə salındığını deyib.

Ruslan

20 Aprel, 2011  18:18 Baxılıb: 1205

Bu bölmədə