Simsar.az | bizi özünüzə Simsar bilin
Prezident 3 rayonun inkişafı üçün 6 milyon manat ayrıldı

İlham Əliyev Astara, Masallı və Salyan rayonlarının inkişafı ilə bağlı sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Astara, Masallı və Salyan rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Simsar.az-ın Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərəncamda Astara, Masallı və Salyan rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Astara, Masallı və Salyan rayonları icra hakimiyyətlərinin hər birinə 2,0 (iki) milyon manat məbləğində vəsaitin ayrılması bildirilir.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

20 Aprel, 2011  01:35 Baxılıb: 1188

Bu bölmədə