Simsar.az | bizi özünüzə Simsar bilin
Lukaşenko Əli Nağıyevlə söhbətində başqa səfirlərin mövqeyindən gileylənib

“Bəziləri bizim xalqın yaxşılığını istəyir, bəziləri haqqında isə danışmaq belə istəmirəm”

Belarus prezidenti Aleksandr Lukaşenko aprelin 19-da Azərbaycanın bu ölkədəki səfiri Əli Nağıyevlə görüşüb. Bu barədə Simsar.az prezidentin saytına istinadən xəbər verir.
Lukaşenko deyib ki, hər bir səfirin mövqeyi iki ölkə arasında qarşılıqlı münasibətlərdə böyük rol oynayır: "Ölkəmizdə baş verən faciəvi hadisələr fonunda Belarusdakı xarici ölkə səfirləri açıqca iki düşərgəyə bölünüblər. Bəziləri bizim xalqın yaxşılığını istəyir, müstəqilliyimizi alqışlayırlar, bəziləri haqqında isə danışmaq belə istəmirəm”.
Belarus prezidentinin sözlərinə görə, çətin anlarda bəzi sivil demokratik dövlətlər Belarus xalqına başsağlığı verməyib: "Həmin xalq faşizmlə mübarizədə əhalisinin yarısını itirmişdi. Bu da sizə lakmus kağızı, ayrı-ayrı dövlətlərin və səfirlərin mövqeyi".

19 Aprel, 2011  22:13 Baxılıb: 1273

Bu bölmədə