Simsar.az | bizi özünüzə Simsar bilin
ALDANANLAR RAMİZ MEHDİYEVLƏ GÖRÜŞMƏK İSTƏDİ

«Muray» MMC 414 mənzilli binada bir mənzili üç və daha artıq adama satıb

«Muray» MMC tikinti şirkəti tərəfindən pullarının mənimsənildiyini deyən 100-ə yaxın Bakı sakini yenidən Prezident Administrasiyasının qarşısına toplaşaraq 8 aydır aparılan istintaqın nəticəsiz olmasından şikayətləniblər. 


«Muray» şirkətinə qarşı vətəndaşlara külli miqdarda ziyan vurmaqla dələduzluq maddəsi üzrə cinayət işi başlanıb. Tikinti şirkəti Bakıda inşa olunan 414 mənzilli binada bir mənzili 3 və daha artıq adama satıbmış.
Verilən məlumatlara görə, aksiya keçirən istehlakçıların sayı təxminən 100 nəfərdir: "Zərərçəkənlər uca səslə dövlət başçısını səsləyərək, ondan yardım istəyiblər. Ətrafda olan polislər aksiyaya müdaxilə etmirlər" 
Qeyd edək ki, "Muray" şirkəti tərəfindən aldadılmış zərərçəkənlərin mübarizəsi bir neçə ildir ki, davam edir. Onlar külli miqdarda pul ödədikləri halda nə evlərini ala bilirlər, nə də pullarını geri qautaran yoxdur. 
RAMİL

19 Aprel, 2011  21:45 Baxılıb: 1752

Bu bölmədə