Simsar.az | bizi özünüzə Simsar bilin
Gözəl Bayramlının vəziyyəti pisləşdi

Təcili Tibbi Yardım çağırılıb

AXCP sədrinin müavini Gözəl Bayramlının saxlandığı təcridxananın qadın korpusuna Təcili Tibbi Yardım çağırılıb. Bu barədə məlumatı vəkil Əsabəli Mustafayev deyib.

Onun sözlərinə görə, Gözəl Bayramlı Bakı Şəhər Baş Polis İdarəsinin Binəqədidə yerləşən müvəqqəti saxlama təcidxanasında ona qarşı normal davranıldığını bildirib: “AXCP sədrinin müavininin 17 apreldə polis tərəfindən tutularkən aldığı zədələrdən bədəninin müxtəlif nahiyələrində ağrılar baş qaldırıb. Tibbi yardıma ehtiyac yarandığından təcili yardım briqadası çağırılıb və ona ağrıkəsici iynə vurulub".

Vəkilin sözlərinə görə, Gözəl Bayramlıya verilən inzibati cəzanın aradan qaldırılması üçün apellyasiya şikayəti ediləcək və bu şikayətdə polisin qeyri-insani rəftarına qiymət verilməsini də tələb ediləcək.

AXCP sədrinin müavini Gözəl Bayramlı 17 apreldə İctimai Palatanın keçirdiyi aksiyada saxlanılıb və dünən Nəsimi Rayon Məhkəməsində onun haqqında 5 sutka inzibati həbs qərarı verilib.

19 Aprel, 2011  19:16 Baxılıb: 1562

Bu bölmədə