Simsar.az | bizi özünüzə Simsar bilin
Zamanı yeyən saat icad edildi

Saat işıqla işləyir

Elm adamı Dr Taylor tərəfindən zamanı yeyən saat icad edilib. 75 yaşlı elm adamı Taylor zamanı ölçmək üçün xərclədiyi illərin şah əsərini yaradıb. Bu saat Taylorun 500 min sterlin və 7 ilinə başa gəlib. Onun icad etdiyi saatın əqrəbi və külək qovanı yoxdur. Saatda zaman işıqla göstərilir.  
Saatın üzərindəki işıqlar və səslər vaxtın neçə olduğu haqqında xəbər verir. Bəzi dəqiqələr sürətlə hərəkət edərkən, bəziləri sabit və bəziləri də yavaş hərəkət edir. Saat hər 5 dəqiqədən bir özünü idarə edir. Saatı harəkət etdirən çəyirtkə zamanı yeyir.
Hər dəqiqə dırnaqlarını yavaşca açan çəyirtkə hər 59 saniyədən bir zamanı tutur. Beləcə saat vaxt keçdi, zamanı boşa xərclədin deyir.
Dr. Taylor mətbuata verdiyi açıqlamasında zamanın hər kəsə görə dəyişən bir qavrayış olduğunu deyib:”Heç kim çəyirtkə saat maşasının necə işlədiyindən xəbərdar deyildi. Mən saatın içindəki saatı çölə çıxartdım. Saat maşası birdən-birə 35 milimetr olması əvəzinə 1.5 metr oldu. Saat maşasının yeni versiyası Chronophage (zaman yiyən) şəklini aldı”.
Aynurə

19 Aprel, 2011  18:15 Baxılıb: 1352

Bu bölmədə