Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyə ilə Rusiya arasında turların sayı artıb

Viza rejimi aradan qaldırıldıqdan sonra iki ölkə arasında iqtisadi əlaqələr güclənib

Türkiyə ilə Rusiya arasında viza rejimi ləğv olunduqdan sonra, bilet satışlarında böyük artım müşahidə olunur. Türkiyədə Rusiyaya səyahət turlarının qiyməti 20 faiz ucuzlaşıb. 

Aprelin 16-da iki ölkə arasında viza rejiminin qarşılıqlı ləğv olunması həm səyahət sevərlərin, həm səyahət agentliklərinin, həm də otellərin üzünü güldürüb.

Simsar.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiyadan Türkiyəyə olan tələb 10 faiz, Türkiyədən Rusiyaya olan tələb isə 30 faiz artıb.

Digər maraqlı məlumat isə türk otellərində, xüsusilə də Antalyada rusların öncədən yer sifarişinin 50 faiz artması ilə bağlıdır.

Səyahət agentlikləri də Rusiya səfərləri təşkil etməkdə maraqlıdırlar. Qiymətlər isə 449 avro ilə 799 avro arasında dəyişir. Rusiyada iki günlük tətil türk turistlərə 600 avroya başa gələcək.

Günel

19 Aprel, 2011  17:22 Baxılıb: 1332

Bu bölmədə