Simsar.az | bizi özünüzə Simsar bilin
Siyavuş Novruzov Bibiheybət stadionunun üstünlüklərindən danışdı

«Sahil» metrosundan yanından həmin stadiona 10 dəqiqəlik yoldur, Şəhərin bütün marşurutları da oraya gedir” 

“Bakının hər bir rayonda yerlər nəzərdə tutulub. Müxalifət də ayrılan yeri deyil başqa bir məkan istəyir. Məsələn Nərimanov da yer istəyirlər, meriya da «Ulduz» metrostansiyasının yaxınlığını verir. Müxalifət düz metronun qarşısını istəyir. Burada da kütləvi aksiyanın mümkünsüzlüyü hamıya bəllidir”.
Bunu “Bizim Yol”a müsahibəsində YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

S.Novruzovun sözlərinə görə, müxalifətin icazəli yerlərdə mitinqlər keçirməməsi təəccüb doğurur: “Axı, niyə Bibiheybət stadionuna getmirlər? «Sahil» metrosunun yanından həmin stadiona 10 dəqiqəlik yoldur. Hökumət yaxşı da yol çəkib. Şəhərin bütün marşurutları da oraya gedir. Əgər bunların sosial bazası varsa, gedib orada mitinqlərini keçirsinlər. Əgər səni istəyən varsa, Ərdəbilə getsən belə arxanca gələcək. Ancaq yaxşı bilirlər ki, arxalarında adamları yoxdur. Ona görə də çıxıb «Sahil» metrosunun qarşısında yığışırlar ki, oradan keçən insanların diqqətini cəlb etmək etsinlər. Görüntü yaransın ki, guya tərəfdarları var. Həm də «Sahil» elə bir yerdir ki, burada insanların istirahət hüququ var. Bu hüquqa hörmətlə yanaşmaq da hamının borcudur”. 

19 Aprel, 2011  17:20 Baxılıb: 1304

Bu bölmədə