Simsar.az | bizi özünüzə Simsar bilin
Sahibkarlığa Kömək Milli Fondundan Tovuz sahibkarlarına əla şans!

Dörd sahə üzrə investisiya layihələrinin qəbuluna başlanılır

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2011-ci il aprelin 15-də Tovuz rayonunda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib. 

Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb. Tədbirdə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Tovuz rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab olunub.
- İntensiv üzüm bağlarının salınması və ya tingçilik təsərrüfatlarının yaradılması;
- Toxumluq kartof istehsal edən təsərrüfatın yaradılması;
- Məhsuldar toxumlardan istifadə etməklə kartof istehsalının təşkili;
- Müasir texnologiyaya əsaslanan kiçik və orta həcmli istixana komplekslərinin yaradılması.
Bu gündən etibarən “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq, sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Sahibkarlar məsləhət və əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan ala bilərlər.





19 Aprel, 2011  16:18 Baxılıb: 1348

Bu bölmədə