Simsar.az | bizi özünüzə Simsar bilin
Suriyada qarşıdurma davam edir

Toqquşmada 17 nəfər ölüb

Suriyanın cənubundakı Homs şəhərində müxalifət tərədarları ilə təhlükəsizlik qüvvələri arasında baş vermiş toqquşmada azı 17 nəfər ölüb. Bu barədə məlumat verən yerli hüquq müdafiəçiləri polisin etirazçılara atəş açdığını deyiblər. Yaralıların sayı isə məlum deyil. Şəhərin mərkəzi meydanına 20 mindən çox insan toplaşıb. Şəhərdə qarışıqlığa yerli nüfuzlu tayfalardan birinin başçısının həsbxanada ölümü əsas verib. 
Homs şəhərindən şimalda yerləşən Tablisdə də anti-hökumət nümayişində üç nəfərin öldüyü xəbər verilir.
Təhlükəsizlik qüvvələri isə etirazçıları təxribatda və asayişi pozmaqda ittiham edir. Onlar sabitliyi bərpa etmək və qan tökülməsinin qarşısını almağa çalışdıqlarını iddia edirlər. Suriya daxili işlər nazirliyinin rəsmi nümayəndəsi televiziya ilə çıxış edərək ölkənin barışmaz salafit islamçılar tərəfindən təşkil olunmuş silahlı üsyanla qarşılaşdığını bildirib. Onun sözlərinə görə bir sıra vilayətlərdə polis və hərbçilərə qarşı hücumlar həyata keçirilib, Baniyas və Homs şəhərlərində isə radikal etirazçılar açıq şəkildə cihada və islam əmirliklərinin yaradılmasına çağırıb. Suriyanın güc strukturlarının nümayəndəsi cinayətkarların cəzalandırılacağını və ölkədə sabitliyin bərpa olunacağını vəd edib.
ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Mark Toner isə Vaşinqtonun Suriyanın müxalifət qruplarını gizli maliyyələşdirməsi və hakim rejimin devrilməsi üçün pul ayırması ilə bağlı məlumatları şərh edib. Mark Toner bildirib ki, ABŞ Suriya hökumətinin devrilməsi üçün heç bir addım atmır, ancaq prezident Bəşər Əsəd öz xalqının qanuni istəyini nəzərə almalıdır.

19 Aprel, 2011  15:58 Baxılıb: 1228

Bu bölmədə