Simsar.az | bizi özünüzə Simsar bilin
2009-cu ildə əsaslı təmir edilən vağzal çökdü

Lənkəran şəhərində dəmir yolu vağzalının binasında qəzalı vəziyyət yaranıb

Hadisə dünən səhər saat 06.00 radələrində baş verib. Binanın çöl tərəfdən tavanı gözlənilmədən çökərək yerə tökülüb. Hadisəni səhər qatarının yolunu gözləyən sakinlər də seyr edib. Hadisə zamanı yaxınlıqda adam olmadığından zərərçəkən olmayıb. Vağzal rəsmiləri binanın qəzalı vəziyyətə düşməsinə səbəb kimi onun köhnə tikili olmasını və yaxınlıqdakı qatarların hərəkətindən binanın deformasiyaya düşməsini göstərib.

Lənkəran dəmir yol stansiyasının rəis müavini Qəribəli Mirzəyev bildirib ki, bina 1938-39-cu illərdə tikilib. “Binanın ətrafından ağır tonnajlı maşınlar keçir. Silkələnmədən tavanı yerə tökülüb. Yağış yağıb, nəm götürüb, dağılıb”, deyə Q. Mirzəyev qeyd edib.

Bina 2009-cu ildə əsaslı təmir edilib. Buna baxmayaraq, çöl tərəfdəki divarlarda çatlar aydın görünür. Hadisə ilə bağlı müvafiq qurumlar məlumatlandırılıb. Stansiyadan bildirilib ki, bu gündən binanın qəzalı vəziyyətə düşən hissəsində təmirə başlanacaq.

19 Aprel, 2011  15:48 Baxılıb: 1290

Bu bölmədə