Simsar.az | bizi özünüzə Simsar bilin
Nigeriya da qarışdı

Ölkənin şimalı cənubuna qarşı çıxdı

Simsar.az AFP-yə istinadən bildirir ki, Nigeriya hökuməti Kaduna ştatında 24 saatlıq fövqəladə vəziyyət rejimi tətbiq edib. Prezident seçkilərindən sonra həmin ştatda kütləvi iğtişaşlar başlanıb. Əhalisinin əksəriyyəti müsəlmanlar olan ölkənin şimalında hərbçilərlə aksiya iştirakçıları arasında toqquşmalar gedir.

Bu səhər aksiya iştirakçıları Zaria şəhərində vitse-prezident Namadi Sambonun iqamətgahını yandırıblar, şəhərin mərkəzi həbsxanasına hücum edərək bütün məhbusları azadlığa buraxıblar.

İlkin məlumatlara görə, Nigeriyanın cənubundan, əhalisinin əksəriyyəti xristianlar olan bölgədən olan Qudlak Conatan seçkilərdə qalib gəlib. O, əsas rəqibi Məhəmmədu Buxaridən iki dəfə artıq səs toplayıb.

19 Aprel, 2011  01:33 Baxılıb: 1208

Bu bölmədə