Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan və Rumıniya arasında dörd sənəd imzalanıb

Bu gün Azərbaycan-Rumıniya sənədlərinin imzalanması mərasimi olub

Bu gün prezident İlham Əliyevin və Rumıniya prezidenti Trayan Beseskunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Rumıniya sənədlərinin imzalanması mərasimi olub. “Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yerinə yetirilməsi üçün Birgə Fəaliyyət Planı”nı Azərbaycan prezidenti İlham Əliyev və Rumıniya prezidenti Trayan Besesku imzalayıblar.

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Rumıniyanın Kənd Təsərrüfatı və Kənd İnkişafı Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov və Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti naziri İon Ariton imzalayıb.

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Rumıniyanın Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmləri sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev və Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti naziri İon Ariton imzalayıb.

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Rumıniyanın Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq Protokolu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Rumıniyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Doru Kostea imzalayıblar.

18 Aprel, 2011  21:52 Baxılıb: 1194

Bu bölmədə