Simsar.az | bizi özünüzə Simsar bilin
OĞLAN KİMİ BÖYÜYƏN TANINMIŞLAR

Onlar keçmişlərini xatırladılar

Türkiyənin tanınmış sənət adamları uşaqlıq illərini yada saldılar. Onlar digər qız həmyaşıdlarından fərqli olaraq, qız kimi yox, məhz oğlan kimi böyüdüklərini dedilər. Bunun səbəblərini isə onların özlərindən eşidin. 

“Uşaqlığım küçələrdə keçdi”

Muazzez Ersoy: “Anam Osmanlı qadınlarından idi. Bəlkə də buna görə belə böyüdüm. Mən evin bir uşaqğı idim, anam, atam isə həmişə işdə olurdular, elə buna görə də uşaqlığım küçələrdə keçdi. Həmişə oğlanlarla oynadım, onlarla dava etdim, elə buna görə də oğlan kimi böyüdüm”.

İndi də yeri gələndə oğlan kimi davranıram”

Seda Sayan: “Atam məni oğlan kimi böyütdü. Elə buna görə də həmişə özümü başqalarından qorumağı bacardım. Gözəlliyimdən çox bəhs edirdilər. Mən gözəlliyimi istifadə edən biri olmadım. Uşaqlığımdan bəri oğlan kimi böyüdüm, elə indi də yeri gələndə oğlan kimi davranıram”.

“Kənardan saf görünürəm”

Fulya Zeniner: “Özümü qorumağı çox yaxşı bilirəm. Oğlan kimi böyüdüm. Kənardan saf görünürəm, amma sözümü deyənəm. Qarşımdakı insanı qırmaram, incitmərəm, amma gərəkirsə, bunu da edirəm”.

“Oğlanlar mənə heyran idilər”

Özgü Namal: “ Yeniyetməlik dövründə çox böyük pullar qazandım. Uşaqlıqda oğlanlar mənə heyran idilər. Amma mən çox çəkingən bir qız idim. Oğlan kimi böyüdüm, ağaca çıxdım, oğlanlarla top oynadım. Buna görə də atam mənə çox güvənirdi, hər mövzuda mənə inanırdı”.

“Oğlanlardan tez çağırılardım”

Özlem Düvenciğlu: “İki qardaşımla birgə böyüdüm. O qədər yaxşı futbol oynayardım ki, məktəbdə futbolla bağlı qruplar təşkil olunanda əvvəlcə oğlanlar seçilərdi, qızlar isə boyunlarını büküb, “əcaba məni seçəcəklərmi” deyə düşünərlərdi. Amma mən oğlanlardan belə tez çağırılardım”.

“Evin yaramazı, xeyirsizi mən idim”

Nihal Yalçın: “Biz evdə beş bacı idik. Amma bu beş bacıdan biri oğlan idi sanki. Evdə hamı məni atamın qızı deyil, oğlu bilərdi. İllərlə atamın oğlu olaraq, sevildim. Evin yaramazı, xeyirsizi mən idim. Doğrusu, universitet illərində qız olduğumu kəşf etdim”.

“Oğlanlarla futbol oynaydım”

Sedef Şahin: “Anam və atam həmişə işləmək məcburiyyətində qaldıqları üçün böyük qardşımın sayəsində çox xoşbəxt, əyləncəli, macər dolu bir uşaqlıq yaşadım. Məhləmizdəki qızlar tiki tikərkən, voleybol oynayarkən, mən oğlanlarla birgə futbol oynaydım.

 

Aynurə Həsənova 

18 Aprel, 2011  21:28 Baxılıb: 1689

Bu bölmədə