Simsar.az | bizi özünüzə Simsar bilin
Fövqəladə Hallar Naziri latviyalı qonaqları qəbul edib

Linda Murniesenin rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyində olub

Simsar.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, qonaqları fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qəbul edib. Görüş zamanı nazir Kəmaləddin Heydərov Azərbaycanın son illərdə sosial-iqtisadi həyatın bütün sferalarında əldə etdiyi nailiyyətlərdən danışıb, habelə nazirliyin strukturu və fəaliyyəti barədə qonağa ətraflı məlumat verib.

Qonaq Azərbaycanla Latviya arasında dostluq və əməkdaşlıq münasibətlərinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini qeyd edib, iki ölkənin fövqəladə halların idarə olunması sahəsində müvafiq qurumları arasındakı mövcud əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini bildirib.

Görüş zamanı, həmçinin, 17 yanvar 2011-ci il tarixində Riqa şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş"in müddəalarının yerinə yetirilməsi ilə bağlı müzakirələr aparılıb.
Səfər proqramına uyğun olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan bir sıra qurumların fəaliyyəti ilə də tanışlıq planlaşdırılır.

18 Aprel, 2011  21:21 Baxılıb: 1144

Bu bölmədə