Simsar.az | bizi özünüzə Simsar bilin
YAP siyasi partiyalarla dioloq tərəfdarıdır

Əli Əhmədov: "son hadisələr onu göstərir ki, radikal müxalifət dialoq dedikdə, polislə toqquşmanı nəzərdə tutur"

“Dəfələrlə bəyan etmişik ki, Yeni Azərbaycan Partiyası (YAP) olaraq biz cəmiyyətdə siyasi qüvvələr arasında dialoqun tərəfdarıyıq”. Bunu SalamNews-a eksklüziv açıqlamasında YAP-ın icra katibi, millət vəkili Əli Əhmədov bildirib.

YAP icra katibi deyib ki, son hadisələr onu göstərir ki, radikal müxalifət dialoq dedikdə, bir neçə gənci aldadıb küçələrə çıxararmağı və polislə toqquşmanı nəzərdə tutur:

“Belə olan halda həmin qüvvələrlə dialoq aparmaq tamamilə qüvvəsini itirir. Baxmayaraq ki, YAP olaraq biz dialoqun tərəfdarıyıq. Amma, çox təssüflər olsun ki, radikal müxalifət stol arxasında oturub dialoq aparmaqda maraqlı deyil. Onları maraqlandıran ancaq küçə qarşudurması yaratmaqdır. Ona görə də mümkündir ki, belə bir sifariş onlara kənar qüvvələr tərəfindən verilir. Təbidir ki, kənar qüvvələr onlara bu sifarişi və onun icrasına dəstəkləri verərkən, küçədə polislə toqquşmaları da tələb edib. Ona görə də radikal müxalifət bu gün bu sifarişi yerinə yetirir. Mən buna çox təssüflənirəm ki, radikal müxalifət bu cür addımlar atır”.

Əli Əhmədov əlavə edib ki, radikal müxalifətin son addımları cəmiyyətdə həmin qüvvələrlə dialoq aparılmasını çətinləşdirir.

Xatırladaq ki, aprelin 17-də İctimai Palata “Sahil” bağında icazəsiz mitinq keçirməyə cəhd edib.

18 Aprel, 2011  19:37 Baxılıb: 1248

Bu bölmədə