Simsar.az | bizi özünüzə Simsar bilin
18 aprel “Beynəlxalq abidələr və tarixi yerlər” günüdür

1852 mədəniyyət və incəsənət abidəmiz hələ də işğal altındadır

1983-cü ildən 18 aprel tarixi “Beynəlxalq abidələr və tarixi yerlər” günü kimi qeyd olunur. YUNESKO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının qərarı əsasında qeyd olunan bu günün başlıca məqsədi dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir.
YUNESKO-nun təşəbbüsü ilə keçirilən bu gün Azərbaycanda da qeyd olunmasına baxmayaraq, Mədəniyyət və Turizm Naizrliyindən Simsar.az-a bildiriblər ki, “Beynəlxalq abidələr və tarixi yerlər” günlə bağlı hər hansı tədbirin keçirilməsi nəzərdə tutulmayıb.
Respublikamızın ərazisində 6308 daşınmaz tarixi və mədəniyyət abidələri var. Bunun 2034-ü ölkə, 4209-u yerli, 65-i isə dünya əhəmiyyətlidir.
Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsindədir. Bu təhlükə bizdən də yan ötməyib. 1852 mədəniyyət və incəsənət abidəmiz ermənilərin təcavüzünə məruz qalıb. Erməni işğalında olan dünya əhəmiyyətli Azıx və Tağlar mağaralarımız dünyanın ən qədim insan yaşayan məskənləri kimi YUNESKO-nun siyahısına düşüb. Bu mağaralardan tapılmış maddi mədəniyyət nümunələri isə 1981-ci ildə Parisin İnsan muzeyində “Avropanın ilk sakinləri” adlı sərgidə nümayiş etdirilib.
Hesablamalara görə, işğal altında olan torqalarımızda 500-dək tarixi-memarlıq, 100-dən çox arxeoloji abidə, 22 muzey, 4 rəsm qalereyası, 46 milyon kitab və əlyazmalar saxlanılan 927 kitabxana, 808 klub, 10 istirahət və mədəniyyət parkı, 85 musiqi və incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı qalıb.
Aynurə


18 Aprel, 2011  18:39 Baxılıb: 3807

Bu bölmədə