Simsar.az | bizi özünüzə Simsar bilin
Bir sevgilisi ilə küsüb, o birisi ilə barışdı

Tuğba Büyüküstün keçmiş sevgilisi ilə barışıb

“Gönülçələn” serialının baş rol ifaçısı Tuğba Büyüküstün ilə aktyor  Tolqa Qaraçelikin  eşq hekayəsinin ömrü qısa çəkib. Ayrılığın günahı isə Tuğbanın özündə olub. Münasibətlərinin davam edib, etməyəcəyilə əlaqədar narahatlıqlarını tez-tez dilə gətirən Büyüküstün sevgilisini hirsləndirib. Qaraçelik də ona ayrılmağı təklif edib. Və cütlüyün  arası  pozulub. 

Simsarı.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Qaraçelik ayrılıq qərarından daha sonra peşman olub və Tuğba ilə barışmağa çalışıb. Ancaq  ayrılıq qərarına çox kədərlənən Tuğba bir küsüb, bir barışdığı  "Gönülçələn" serialındakı rol yoldaşı Onur Saylağa geri dönüb.

Günel

18 Aprel, 2011  18:26 Baxılıb: 1870

Bu bölmədə