Rəqsanə polisi döydü -VİDEO
Allah haqqı, qiyamət olub! Aprelin 17-də Siyəzən rayonunun “Zarat” ərazisində yerləşən polis postunda müğənni Rəqsanənin getdiyi avtomobil Dövlət Yol Polisləri tərəfindən saxlanılıb. Bu barədə Simsar.az -a müğənnin prodüseri Təranə Səmədova məlumat verib. Onun sözlərinə görə, polislər avtomobildə olan hər kəsi döyüblər: “Başımıza oyun gəlib. O qədər halsızıq ki, heç danışa bilmirik. Maşınımızı səbəbsiz saxladılar. Hamımızı basıb-döyüblər. Baş Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev "Day.Az"a verdiyi açıqlamasında döyülməklə bağlı iddiaların əsassız olduğunu bildirib. Onun sözlərinə görə, günah qarşı tərəfdə olub: “Bəli, hadisə dediyiniz ərazidə baş verib. Sürücüdən başqa avtomobildə müğənni Rəqsanə və onun prodüseri olub. Saxlanılmaqlarının səbəbi avtomobilin şüşələrinə “plönka” vurmaqları olub. Bu, Azərbaycan Respublikasının “Yol hərəkəti qaydaları haqqında" qanununaziddir. Belə hallarda maşının şüşələrindən “plönkalar” çıxarılır və sürücü cərimə olunur. Amma bu dəfə müğənnin sürücüsü polislərə tabe olmadı və fiziki güc nümayiş etdirdi. Elə buna görə, o, Siyəzən rayonda yerləşən polis bölməsinə aparıldı”.
18 Aprel, 2011 18:16 ⁄ Baxılıb: 4595
Bu bölmədə22 Noyabr, 2022 Avroviziyada Türkiyə də səs verəcək21 Noyabr, 2022 Rəşad Dağlının ailəsindən müraciət21 Noyabr, 2022 Britni Spirs “Instagram” hesabını sildi1 Noyabr, 2021 Ləman: "Sənətimə qazanc mənbəyi kimi baxmıram..." 21 Aprel, 2021 “Avroviziya”da daha bir dəyişiklik |