Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyə vətəndaşlarından ibarət dəstə zərərsizləşdirilib

Azərbaycanda oğurluqla məşğul olan Türkiyə vətəndaşlarından ibarət cinayətkar qrup zərərsizləşdirilib 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Türkiyə vətəndaşları Əvəz Kənan, Tanər Qorxmaz və Cengiz Qorxmaz Ucar və Göyçay rayonlarında 10-a yaxın evi qarət ediblər. Xüsusi alətlərdən istifadə edən və imkanlı şəxslərin evlərini hədəf alan həmin şəxslərin son yardlığı mənzil isə Ucar rayon sakini Əlikram Xəlilova məxsus olub. Onlar evə daxil olaraq 132 min 500 rubl, 7 min dollar, 2 min manat və xeyli miqdarda qızılı aparıblar.


Qrup digər Ucar sakininin evindən 15 min manat oğurlayıb. Həmçinin, Göyçayda 6 şəxsin evindən xeyli miqdarda pul, qızıl və qiymətli əşya aparıb.

Hazırda yaxalanmış şəxslərin ətrafında əlavə istintaq tədbirləri aparılır. Onların başqa hadisələr törədib-törətməməsi araşdırılır. Qrupa yerli sakinlərdən dəstək aldığı güman edilir.

18 Aprel, 2011  17:56 Baxılıb: 1197

Bu bölmədə