Simsar.az | bizi özünüzə Simsar bilin
Məşhur aktyor həbs edildi

Hollivud ulduzu Nikolas Keyc Yeni Orlean polisi tərəfindən saxlanılıb

Simsar.az Amerika mətbuatına istinadən verdiyi məlumata görə, o, asayişi pozduğu və ailəsinə qarşı kobudluğa görə həbs edilib. Sərxoş olan aktyor küçədə xanımının üstünə qışqırır, onu itələyirmiş. Bunu görə taksi sürücüsü polisə zəng edib. Hadisə yerinə gələn polis Keyci sakitləşdirə bilməyib və sonda o, polis məntəqəsinə aparılıb.
Bir müddət sonra aktyor 11 min dollar girov qarşılığında sərbəst buraxılıb. Lakin xanımı Keycə qarşı cinayət işinin açılmasına nail olacağını bəyan edib. Qadının sözlərinə görə, əri onu döyüb.

18 Aprel, 2011  16:50 Baxılıb: 1225

Bu bölmədə