Simsar.az | bizi özünüzə Simsar bilin
"İNSANLIQ ABİDƏSİ" SÖKÜLÜR

Rəcəb Tayyib Ərdoğanın göstərişi yerinə yetirilir

Türkiyənin Qars şəhərindəki türk-erməni dostluğunun simvolu sayılan “İnsanlıq abidəsi”nin söküntüsünə hazırlıq işləri başlayıb.

Bu barədə Qars Bələdiyyəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Özləm Öztürk məlumat verib. O, hazırlıqlara aprelin 17-dən start verildiyini deyib: “Artıq texniki ölçmələr aparılıb, ayaqaltılar qurulub. Bütün bu işləri tenderin qalibi olmuş özəl şirkət edir. Abidə yaxın günlərdə söküləcək”.

abidənin sökülməsi ilə bağlı qərarı Qars Bələdiyyəsinin Məclisi bu il fevralın 1-də qəbul edib. “İnsanlıq abidəsi” adlanan və türk-erməni dostluğunun simvolu kimi təqdim olunan abidənin tikintisinə 2008-ci ildə başlanılıb. Lakin abidənin tikintisi yekunlaşmayıb. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə bir müddət əvvəl Qarsa səfəri zamanı bələdiyyə başqanı və digər rəsmilərlə görüşündə deyib ki, tarixi-memarlıq üslubuna zidd olan əcaib tikililər sökülməlidir. O, sözügedən abidənin də eybəcər olduğunu bəyan edib.

18 Aprel, 2011  16:44 Baxılıb: 1616

Bu bölmədə