Simsar.az | bizi özünüzə Simsar bilin
Miqrasiya Xidməti mitinqdə saxlanılan isveçli jurnalistlərlə bağlı araşdırma aparır

Charlie Laprevote, My Rohwedder Street və Charlotta Wijkström DMX-yə təhvil veriliblər

Miqrasiya Xidməti (DMX) aprelin 17-də “Sahil” bağında saxlanılan isveçli jurnalistlərlə bağlı araşdırma aparır.

Bu barədə APA-ya açıqlamasında DMX-nin idarə rəisinin müavini Zərnişan Əhmədova bildirilib. O, qeyd edib ki, DMX hər bir əcnəbinin ölkədə qanuni olub-olmadığını araşdırır və sonda müvafiq qərar qəbul edir.

Qeyd edək ki, İctimai Palatanın aprelin 17-də keçirməyə cəhd göstərdiyi razılaşdırılmamış aksiyada çəkiliş aparan üç isveçli jurnalist polis tərəfindən saxlanılıb.

Azərbaycanda jurnalist fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazələri olmadığından Charlie Laprevote, My Rohwedder Street və Charlotta Wijkström DMX-yə təhvil veriliblər.

18 Aprel, 2011  16:36 Baxılıb: 1436

Bu bölmədə