Simsar.az | bizi özünüzə Simsar bilin
Yəməndə yenə qirğın başladı

10 nəfər yaralanıb

Yəməndə prezident Əli Abdulla Salehin istefası tələbi ilə keçirilən aksiyalar davam edir. Lent.az-ın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, bazar günü paytaxt Səna, o cümlədən Taih, Əl-Xudayde şəhərlərində yüz minlərlə insanın qatıldığı aksiyalar keçirilib. 

Polis Taiz şəhərində keçirilən mitinqə yüz min insanın qatıldığını rəsmən təsdiq edib. Bu şəhərdə polis silaha əl atmasa da, Səna şəhərində aksiyaçılara güc tətbiq olunub. Polisin açdığı atəş nəticəsində 10 nəfər yaralanıb.

Qeyd edək ki, son 2 ayda Yəməndə 120 nəfər öldürülüb.

18 Aprel, 2011  14:12 Baxılıb: 1290

Bu bölmədə