Simsar.az | bizi özünüzə Simsar bilin
Fukusima qəzası ilə bağlı kompensasiyalar ödəniləcək

Ödəniş almaq haqqına AES-in 30 kilometrlik radiusunda yaşayanlar malikdirlər

Simsar.az  bildirir ki, Fukusima Atom Elektrik Stansiyasında qəza nəticəsində zərər çəkənlərə AES-i idarə edən TEPCO şirkəti tərəfindən kompensasiyalar ödəniləcək.

Ödəniş almaq haqqına AES-in 30 kilometrlik radiusunda yaşayanlar malikdirlər.

Hökumət elanında kompensasiya ilkin kimi təsvir olunur.

Maliyyə köməyinin konkret həcmi barədə məlumatın bir qədər sonra dəqiqləşdiriləcəyi bildirilir.

“TEPCO evakuasiya və adamların evdə qalmağa məcbur olduğu müddət ərzində əhalinin maliyyə itkilərini qarşılamaq üçün təxirə salmadan kompensasiyaların ödənilməsini həyata keçirməlidir”, - hökumət nümayəndəsi Yukio Edano deyib.

Rəsmi hər ailənin 1 mln yen (təqribən 12 min dollar) alacağını deyib.

“Bu məbləğin ilkin kompensasiya şəkilndə zəruri olduğunu hesab edirik”, - Yukio Edano bildirib.

İlk mərhələdən sonra kompensasiyaların həcminin çox böyük ola bilər.

“Bu yalnız başlanğıcdır. Biz TEPCO və hökumətdən təxliyə olunmuşlar üçün kompensasiyalar tələb etməkdə davam etdirəcəyik”, - Fukusima qubernatoru Yui Sato söyləyib.

Amerikanın "JP Morgan" Bankı kompensasiyaların ümumi həcminin 24 milyard dollar civarında olacağını təxmin edib.

17 Aprel, 2011  03:04 Baxılıb: 1431

Bu bölmədə