Simsar.az | bizi özünüzə Simsar bilin
Rusiya ilə Türkiyə arasında vizasız dövr başladı

Turistlər 30 gündən çox qala bilməyəcək

Bu gündən Türkiyə və Rusiya vətəndaşlarından qısa müddətli turist səyahətləri üçün viza tələb olunmayacaq. Vizadan azad etmə müqaviləsinə görə Rusiyaya gedəcək türklər birinci səfərlərində 30 gündən çox qala bilməyəcəklər. 180 günlük icazə müddətində isə vətəndaşlara 90 gündən çox qalmağa icazə verilməyəcək.  

 Eyni qayda Türkiyəyə gələcək rus vətəndaşlarına da tətbiq olunacaq.

Moskvaya gedəcək Türkiyə vətəndaşları təyyarədə paylanacaq "Köçəri Kartı" sənədi latın hərflərilə doldurmalıdır. Rusiyadan çıxana  qədər bu sənədin saxlanması zəruridir. Bundan başqa, Rusiyada yeddi gündən çox qalan  əcnəbilər polisdə qeydiyyatdan keçməlidir.

Günel

16 Aprel, 2011  18:29 Baxılıb: 1231

Bu bölmədə