Simsar.az | bizi özünüzə Simsar bilin
Həmsədirlər Ermənistandakı vəziyyətdən narahatdır

“Ölkədəki vəziyyətin sosial qiyama gətirib çıxara bilər” 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin Ermənistan üzrə həmməruzəçiləri Con Preskott və Aksel Fişer rəsmi Yerevanı islahatlar proqramını reallaşdırmağa çağırıblar. 

Simsar.az -ın  “Armenia Today” saytına istinadən verdiyi xəbərə görə, həmməruzəçilər əks təqdirdə “ölkədəki vəziyyətin sosial qiyama gətirib çıxaracağından” narahatlıqlarını ifadə ediblər. Ermənistanın polis, məhkəmə və seçki sistemindəki islahatlarını bəyəndiklərini və islahatların reallaşmasının vaxtının çatdığını bildiriblər. Həmməruzəçilər yalnız qanunvericiliklə bağlı təşəbbüslər kifayət etmədiyini vurğulayıblar. Seçkilərlə bağlı cari vəziyyətə toxunaraq, mövcud vəziyyətin dəyişmədiyi və şəffaf demokratik seçkilərin keçirilmədiyi halda sosial qiyamın qaçılmaz olacağını qeyd edən həmməruzəçilər, həmçinin Ermənistanın demokratik institutları ilə bağlı məruzə hazırlayacaqlarını və onu AŞPA-nın payız sessiyasına təqdim edəcəklərini bildiriblər.

16 Aprel, 2011  17:57 Baxılıb: 1276

Bu bölmədə