Simsar.az | bizi özünüzə Simsar bilin
Jurnalistlərin "döyülmüşəm" ifadəsini DİN araşdıracaq

Təşkilat və agentlik əməkdaşları nazirlikdə olub

2 apreldə keçirilən aksiyada jurnalistlərə qarşı fiziki güc tətbiq olunması, onların iş fəaliyyətinə maneələr yaradılması ilə bağlı olaraq müstəqil jurnalist, operator Mehman Kərimov dünən DİN-ə çağırılıb. Müsahibimizin sözlərinə görə, onu polkovnik Əbdül Aşırov qəbul edib. 

Görüşdə əsasən Yaşar Əliyevin jurnalistə qarşı kobudluq etməsi, habelə digər polislərin fiziki təzyiq göstərməsi müzakirə olunub: “Əbdül Aşırov dedi ki, belə hadisə ola bilməz. Sonra RATİ tərəfindən nazirliyə göndərilən diskə baxdılar, orda polislərin bizə qarşı necə təzyiq göstərməsi sübut olundu. Məndən bununla bağlı şikayət edib-etməyəcəyim soruşuldu. Mən də dedim ki, bu hadisə ilə dərhal maraqlanıb, bizə qarşı zorakılıq edənlər cəzalandırılmalı idi. Amma növbəti dəfə belə hal təkrarlansa, şikayət edəcəyəm və nəticəsi də ağır olacaq”.
RATİ və “Turan” informasiya agentliyinin əməkdaşı Rasim Əliyev isə DİN-də srağagün dindirilib. Jurnalistə deyilib ki, polislərlə bağlı şikayətlər araşdırılacaq.

16 Aprel, 2011  16:41 Baxılıb: 1176

Bu bölmədə