Simsar.az | bizi özünüzə Simsar bilin
Kəmaləddin Heydərov ABŞ səfiri ilə görüşdü

ABŞ-ın Avropa Komandanlığı və Ordu Mühəndis Korpusu ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov aprelin 15-də ABŞ-ın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri cənab Metyu Brayzanı qəbul edib.

Simsar.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, görüş zamanı nazir FHN və onun qurumları haqqında, habelə nazirlik tərəfindən həyata keçirilən layihələr, nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verib.

Görüşdə, həmçinin vacib infrastrukturun mühafizəsi, Xəzər dənizində baş verə biləcək fəlakətlərin aradan qaldırılması ilə bağlı təlimlər, daşqınların idarə olunması, ABŞ-ın Avropa Komandanlığı və Ordu Mühəndis Korpusu ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Öz növbəsində, səfir Azərbaycan və ABŞ-ın müvafiq qurumları arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə fəaliyyətin davam etdirilməsinin əhəmiyyətini qeyd edib.

16 Aprel, 2011  00:42 Baxılıb: 1230

Bu bölmədə