Simsar.az | bizi özünüzə Simsar bilin
Hüsnü Mübarək hospitaldan həbsxanaya aparılacaq

Misir hakimiyyəti sabiq prezident Hüsnü Mübarəki adi xəstəxanadan hərbi hospitala köçürməyi qərara alıb

Simsar.az-ın “MENA” agentliyinə istinadən verdiyi məlumata görə, bu zaman prokurorluq Mübarəkin yanına mühafizəçi ayıracaq. 

Keçmiş dövlət başçısının vəziyyəti yaxşılaşan kimi onu həbsxana kamerasına keçirərək sorğu-sualı bərpa edəcəklər.

Hüsnü Mübarəkin həbsi barədə xəbər aprelin 13-də yayılıb. Bildirilir ki, onun Şarm-əl-Şeyxdəki evinə təhqiqatçılar gəliblər. Söhbət zamanı Mübarəkin ürəyi tutub. Onu polisin müşayiəti ilə yerli xəstəxanaya yerləşdiriblər. Mübarəkə qarşı korrupsiya, insan hüquqlarını pozma və səlahiyyət həddini aşma maddələri ilə cinayət işi qaldırılıb. Eyni zamanda istintaq onun Qahirənin Təhrir meydanındakı nümayişçilərin ölümündə məsuliyyət daşıdığını hesab edir. Keçmiş prezidentin özü ünvanına yönələn bütün ittihamları qətiyyətlə rədd edir. Digər tərəfdən, onunla yanaşı, iki oğlu – Qamal və Alaa da tutulub. Onların Mübarəklə birgə cinayətlərdə iştirak etdikləri bildirilir. 

Hüsnü Mübarək Misir prezidenti postunu ölkədə iki həftədən çox baş verən çaxnaşmalardan sonra tərk etməli olub. O, 30 ildən çox prezident olub.

15 Aprel, 2011  23:33 Baxılıb: 1207

Bu bölmədə