Simsar.az | bizi özünüzə Simsar bilin
Abel Məhhərrəmov qovulan müxalifətçi tələbələrdən danışdı

Rektor BDU-nun mövqeyində haqlı olduğunu dedi 

Bu gün Bakı Dövlət Universitetinin rektoru , millət vəkili Abel Məhərrəmov jurnalistlərə açıqlamasında müxalifətçi tələbələrin qovulması səbəbinə aydınlıq gətirib. 
Onun sözlərinə görə, akademik borcların ləğvi təsadüfən mart ayının sonunda başa çatıb, təqdimatların alınması aprelin əvvəlinə təsadüf edib: “Bunların üst-üstə düşməsi də bizə qane etmir. Amma bu tələbələrin hər ikisi çoxdan universitetdən qovulmalı idilər”.
A. Məhərrəmov onu da deyib ki, iki tələbənin mitinqdə iştirakı ilə qovulmaları arasında heç bir bağlılığı yoxdur. Rektor son son vaxtlar BDU-dan 119 tələbənin xaric olunduğunu xatırladıb. 

Aprelin 5-də KXCP-nın üzvü, BDU-nun Tarix fakültəsinin üçüncü kurs tələbəsi Cavid Mehrəliyev və aprelin 6-da Müsavat Gənclər Təşkilatının sədri, BDU-nun Jurnalistika fakültəsinin magistr pilləsi üzrə ikinci kurs tələbəsi Tural Abbaslı universitetdən qovulub.


BDU-nun rektoru daha sonra deyib: «Tural Abbaslı ümumiyyətlə, dərslərə gəlmirdi. Ötən il bununla bağlı özüm onu qəbul elədim, bir dəfə ona güzəştə getdik. Amma yenə də dərsləri buraxırdı. Hətta üç akademik borcu da var idi. Bundan başqa, Tural hər dəfə imtahanlara girəndə müəllimlərlə mübahisə edirdi, sonda onun hərəkətləri protokol yazılması ilə nəticələnirdi».

C. Mehrəliyev isə Boloniya sisteminə əsasən, ümumi dərslərin 30 faizində iştirak etməyib. Rektor vurğulayır ki, Cavidin universitetdən xaric olunmasına üç akademik kəsiri də səbəb olub.

A. Məhərrəmov AXCP sədrinin müavini, BDU-nun müəllimi İbrahim Vəliyevin universitetdən xaric edilib-edilməyəcəyinə də münasibət bildirib: «İbrahim Vəliyev partiyadan istefa verib və bunun da bir nüsxəsini mənə göndərib. Hazırda o, fəaliyyətini davam etdirir və ən yaxşı müəllimlərimizdən də biri hesab olunur».
Günel

15 Aprel, 2011  22:32 Baxılıb: 1452

Bu bölmədə